Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Pəncəli Teymurovun medalı ailəsinə təqdim olundu

Tarix: 18-05-2026 15:38     Baxış: 3140 A- / A+











     
 





Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.
Manevr.az apa-ya istinadla xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.
Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.
Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.
Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Vurğulanıb ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar