Sizin Reklam Burada
Xəbər lenti
09-06-2026
08-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq olunacaq - DETALLAR

Tarix: 16-05-2026 21:56     Baxış: 4137 A- / A+
Son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihələrin həyata keçirilməsi bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir. Azərbaycanda da bu məsələnin mümkün tətbiqi vaxtaşırı gündəmə gəlir və xüsusilə dövlət qurumlarında mərhələli keçidin real olub-olmaması maraq doğurur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, müasir dünyada aktuallığı artan sosial-iqtisadi layihələr arasında dörd günlük iş həftəsi xüsusi yer tutur:

“Dörd günlük iş həftəsinin tətbiqinin əsas hədəfləri işçinin asudə vaxtını, məmnunluğunu, məhsuldarlığını artırmaq, rifahını yaxşılaşdırmaq və bu kimi istiqamətlərdə müsbət nəticələr əldə etməklə sosial-iqtisadi tərəqqiyə əlavə təkan verməkdir”.

Deputat qeyd edib ki, hazırda müxtəlif ölkələrdə bu modelin həm iş saatlarının saxlanılması, həm də azaldılması prinsipi ilə tətbiqi sınaqdan keçirilir:

“Sözügedən sosial modelin tətbiqi praktikasında iş saatlarının eyni qalması və ya azaldılması şərtilə maaşların saxlanılması prinsipinə əsaslanan modellər tətbiq edilir. Böyük Britaniya, İspaniya, Portuqaliya, İslandiya, eləcə də Yaponiya və Birləşmiş Ərəb Əmirliklərində dörd günlük iş həftəsi qismən tətbiq edilir və ya pilot layihə kimi sınaqdan keçirilir”.

Əli Məsimlinin sözlərinə görə, ilkin nəticələr bu modelin işçilərin sağlamlığı və motivasiyası baxımından müsbət təsirlərini göstərir:

“Bu sahədə əldə edilən ilkin nəticələr göstərir ki, dörd günlük iş həftəsinin tətbiqi zamanı əsasən işçilərin fiziki və psixi sağlamlığı yaxşılaşır, motivasiyası güclənir, məhsuldarlığı artır”.

Deputat bildirib ki, Azərbaycanda da nəzəri baxımdan müəyyən sahələrdə bu modelin tətbiqi mümkündür, lakin bunun üçün geniş araşdırmalara ehtiyac var:

“Nəzəri baxımdan beynəlxalq praktikada tətbiq edilən şərtlər daxilində Azərbaycanda da mümkün sahələrdə dörd günlük iş qrafikinin tətbiqi işçinin sağlamlığı, məhsuldarlığı, məmnunluğu və iş-həyat balansı sahəsində müsbət nəticələr verə bilər. Amma bu məsələyə reallıq kontekstində yanaşmaq lazımdır”.

O vurğulayıb ki, hazırda ölkədə bəzi sahələrdə iş saatları qanunvericilikdə nəzərdə tutulandan daha yüksəkdir və bu da əlavə çətinlik yaradır:

“Bir sıra sahələrdə, xüsusilə xidmət sektorunda iş saatları 12-14 saat və ondan da yüksək ola bilir. İşlənilən əlavə saatlara görə artırılmış məbləğdə əlavə haqqın verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, heç də həmişə buna əməl edilmir”.

Əli Məsimli hesab edir ki, dörd günlük iş həftəsinə keçid üçün ilk növbədə hüquqi və institusional baza formalaşdırılmalıdır:

“Bu istiqamətdə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklər edilməsi tələb olunur. Bununla yanaşı, rəqəmsallaşma səviyyəsinin artırılması, işin qrafik üzrə düzgün təşkili və pilot layihələrin həyata keçirilməsi vacibdir”.

Deputatın fikrincə, ən optimal variant bu modelin əvvəlcə pilot layihələr şəklində tətbiq edilməsi və nəticələr əsasında mərhələli keçidin qiymətləndirilməsidir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar