Sizin Reklam Burada
Xəbər lenti
16-05-2026
15-05-2026
BÜTÜN XƏBƏRLƏR

10 övladı olan gənc ailə Xocalıya köçdü - Şəkillər

Tarix: 16-05-2026 20:38     Baxış: 345 A- / A+
10 övladı olan gənc ailə Xocalıya köçdü - FOTO 
Bu gün Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.

Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

Uzun illər doğma torpaqlarından ayrı düşən Buludxanovlar ailəsi bu gününün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə xoş duyğular yaradıb.Anar Budaqov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib.

O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının   ən böyük sevinc, qürur olduğunu deyib. Bu gün Xocalıda yaşanan bu mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və  "Böyük Qayıdış" proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir.

Xocalının Təzəbinə kəndində məskunlaşan Buludxanovlar ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur. Bu qayıdış, həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.İşğaldan azad olunan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma  yurdlarda yenidən eşidilir. moderin.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar