Sizin Reklam Burada
Xəbər lenti
15-05-2026
14-05-2026
BÜTÜN XƏBƏRLƏR

Elmi Kəşf layihəsi: Tək və Cütlərin Dialektika Qanunu, Quranda düşünənlərə işarələr – görəsən Hegelin xəbəri olubmu?

Tarix: 15-05-2026 20:18     Baxış: 325 A- / A+
  Ümummilli Liderimiz Heydər Əliyevin dünyada analoqu olmayan müdrik və uzaqgörən siyasəti nəticəsində SSRİ zaman və məkanında Rusiya, Ukrayna və digər respublikalarda Azərbaycan üçün ölkəmizdə olmayan ixtisaslar üzrə Elmi Kadrların Məqsədyönlü Hazırlanması Strategiyasından bəhrələnən çoxsaylı alimlər sırasında Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə
Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, çoxsaylı elmi kəşfləri (biri Quran ayələri əsasında olmaqla) ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanmaqla Rahim Abas oğlu Daşdiyevin son 14 il müddətində Quran ayələrinin mindən çox ad altında sistemləşdirilmələri əsasında “Elmi
Kəşf layihəsi: Tək və Cütlərin Dialektika Qanunu, Quranda düşünənlərə işarələr –görəsən Hegelin xəbəri olubmu?” adlı aktual silsilədən olan və zəruri əsaslandırmalarlatəsvir edilən növbəti yazısını Manevr.az oxucularına təqdim edirik.


  “Tək və Cütlərin Dialektika Qanunu” ilə bağlı Quranda düşünənlərə müvafiq işarələri (eyhamları)
özündə əks etdirən ayələrə misallar:
6.43.(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi?
Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!"

11.40.Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə (tayfasından)
çox az adam iman gətirmişdi.
13.3.Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən)
neçə-neçə dəlillər vardır!
20.53. O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.
23.27. Biz (Nuha) belə vəhy etdik: "Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər
barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar.
35.11. Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz.
Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
36.36. Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)
39.6. Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı.
O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır
(nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur.
Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)
42.11. Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
42. 50. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər
şeyi) biləndir, (hər şeyə) qadirdir!
43.12. Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

51.49. Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət
alasınız!
53. 45. (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur –
55. 52. Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
75.39. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. 78.8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
Və nəhayət Əl-Fəcr surəsinin 3-cü ayəsində (89.3) Allah “Tək və Cütlərin Dialektika Qanunu” barədə
Quranda düşünənlərə maksimum səviyyədə işarələr (“And olsun ... cüt olan hər şeyə ... “) verməklə yanaşı, bu Qanunun Aliliyinə Ehtiram olaraq “And olsun...” deyir: 89.3. And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər
şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);

Nəticə

Beləliklə, Allah  “Tək və Cütlərin Dialektika Qanunu” barədə Quranda düşünənlərə maksimum səviyyədə işarələr (“And olsun ... cüt olan hər şeyə ... “) verməklə yanaşı, bu Qanunun Aliliyinə Ehtiram olaraq “And olsun...” deyir. Sual olunur:  Bəs görəsən dialektika qanunlarını (“Əksliklərin vəhdəti və mübarizəsi qanunu”; “İnkarı inkar qanunu”; “Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişməsinə keçid qanunu”)  kəşf
edən dünya şöhrətli alman alimi və filosofu Hegelin “Tək və Cütlərin Dialektika Qanunu”ndan xəbəri olubmu? Zəruri ədəbiyyat araşdırmalarından bu sualla bağlı məlumat aşkar edilmədi. Zənnə qapılmağın özü də günah olduğundan (49.12), “Doğrusunu Allah bilir” cavabı ilə qənaətlənmək olar.
Əsas mənbə:
1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar