Sizin Reklam Burada
Xəbər lenti
14-05-2026
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ekologiya postundan yeni yol çəkilir

Tarix: 15-05-2026 08:20     Baxış: 329 A- / A+
Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yolötürücüsünün tikintisi planlaşdırılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O qeyd edib ki, həmin layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı–Şamaxı yoluna yönləndiriləcək: “Bu baxımdan iki iri yolötürücüsünün bir-birinə çox yaxın məsafədə yerləşdirilməsi həm texniki, həm də təhlükəsizlik baxımından uyğun hesab edilmir”.

A.Rzayev vurğulayıb ki, hazırda Bakı–Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ətrafında müşahidə olunur: “Tunel boş olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmədiyindən əsas hərəkət istiqaməti bağlanır. Bu problemi həll etmək üçün əlavə zolağın tikintisi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Xırdalan dairəsi ilə bağlı müxtəlif həll variantları nəzərdən keçirilib: “Amma burada əsas məsələlərdən biri də vəsaitlərin səmərəli istifadəsidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub. Yəni Bakı–Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da M1 magistralına, Bakı–Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq”. banker.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar