Sizin Reklam Burada
Xəbər lenti
14-05-2026
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Tarix: 14-05-2026 14:15     Baxış: 326 A- / A+
Azərbaycanda bu mənzillər ucuzlaşa bilərDəniz mənzərəli mənzillərə yüksək maraq bəzi hallarda alıcılar üçün maliyyə riskinə çevrilir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, dənizə açılan mənzərəsi olan mənzillər adi mənzillərlə müqayisədə daha baha satılır. Ancaq sonradan həmin ərazidə yeni bina inşa edilərsə və mənzərə bağlanarsa, mənzilin bazar dəyərində ciddi azalma baş verə bilər.
Bəs vətəndaşlar bu hallarda nəyə diqqət etməlidirlər?
Əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, bəzi ərazilərdə belə risk daha çoxdur və bu, həm ərazinin relyefi, həm də tikilən binaların mərtəbə sayı ilə bağlıdır.
"Xüsusilə sahilə yaxın və intensiv tikinti aparılan ərazilərdə dəniz mənzərəsinin gələcəkdə bağlanması riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, alıcılar mənzil seçərkən təkcə mövcud mənzərəyə deyil, həmin ərazi üzrə gələcək tikinti planlarına da diqqət yetirməlidirlər".
Ekspert bildirib ki, bəzi hallarda vətəndaşlar yüksək məbləğ ödəyərək dəniz mənzərəli ev alırlar, lakin bir neçə il sonra yaxınlıqda inşa olunan hündürmərtəbəli bina həmin görüntünü tamamilə bağlayır və nəticədə mənzilin bazar qiyməti aşağı düşür.
Vəkil Tural Şahbazov isə deyib ki, məsələ hüquqi baxımdan əsasən müqavilə ilə tənzimlənir.
Onun sözlərinə görə, əgər alqı-satqı sənədində "dəniz mənzərəsi" ayrıca qeyd olunubsa, gələcəkdə həmin üstünlük aradan qalxdıqda alıcı məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.
Mütəxəssislər vətəndaşlara mənzərə üçün əlavə ödəniş etdikləri halda bunun müqavilədə xüsusi bənd kimi göstərilməsini tövsiyə edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar