Sizin Reklam Burada
Xəbər lenti
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Tarix: 14-05-2026 12:51     Baxış: 340 A- / A+


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Qurumdan Manevr.az-a verilən məlumata görə müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılıması və digər  məsələlər iclasda ətraflı müzakirə olunub.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və Böyük Qayıdışa dair İ Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidəntikilən yaşayış məntəqələrində daimi məskunlaşması uğurla həyata keçirilir.Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərdə ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri dönən vətəndaşlarla görüşlər keçirirlər. İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edeilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur. Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və vaxtında  həll edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir. Böyük Qayıdış prosesində ictimai nəzarətin təşkil edilməsi məcburi köçkünlərlə birbaşa əlaqələrin qurulması və Dövlət Komitəsinə ictimai rəyin çatdırılması Şuranın fəaliyyətinin təqdirəlayiq cəhətidir.
Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb. 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar