Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda onlar üçün pulsuz avtobus fəaliyyətə başladı

Tarix: 14-05-2026 11:08     Baxış: 3177 A- / A+
Bakıda onlar üçün pulsuz avtobus fəaliyyətə başladıÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionuna gediş-gəlişi təmin etmək məqsədilə "Koroğlu" Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, bu gün saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu 24/7 rejimində "Koroğlu" Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.
WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan "Koroğlu" iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.
K1 servis avtobusu "Koroğlu" Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan hərəkət edir.
Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər. Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.
Bildirilib ki, WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.
Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar