Sizin Reklam Burada
Xəbər lenti
13-05-2026
12-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi

Tarix: 13-05-2026 14:16     Baxış: 328 A- / A+
Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildiSon 2 ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib.
Manevr.az xəbər verir ki, Prezidentin bölgədəki xüsusi nümayəndəsi Elçin Yusubov bu gün Xankəndi şəhərində keçirilmiş Milli Biznesin İnkişafı Forumunda bildirib.
Forumda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı, investisiya mühiti, vergi və təşviq mexanizmləri, həmçinin biznes fəaliyyətinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.
E.Yusubov qeyd edib ki, bölgədə həyata keçirilən layihələrin əsas məqsədi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda dayanıqlı iqtisadi inkişafın təmin olunması, yeni iş yerlərinin yaradılması və özəl investisiyaların təşviqidir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına dövlət dəstəyi bu prosesin əsas istiqamətlərindən biridir:
"Bu dövrdə investorlar bölgəyə 100 milyon manatdan çox pul qoyub. Fəaliyyətə başlamış obyektlər üzrə təxminən 4 000-ə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər istifadəyə verildikdən sonra iş yerlərinin sayının 6 000-ə çatdırılması gözlənilir. Hazırda bölgədə 34 minə yaxın şəxs məskunlaşıb. Onların bir hissəsi özəl sektorda məşğulluqla təmin edilib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar