Xəbər lenti
Rüşvət alan baş həkimə HÖKM OXUNDU
Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib.
Hüseyn Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.
Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib.
Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilirlər.
Hüseyn Həsənov həbs edilsə də, Mətanət Şamçiyevanın barəsində başqa yerə getməmək qətimkan tədbiri istintaq dövründə seçilib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar