Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Tarix: 09-05-2026 23:10     Baxış: 3120 A- / A+


İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.
"Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir", - deyə prezident əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Soltanlıda indi yarımstansiya və aqroparklar açılır:
"Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar