Xəbər lenti
Bu ərazilər işıqsız qalacaq
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisindəki 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.Manevr.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işləri ilə əlaqədar saat 01:00-dan 04:00-dək paytaxtın Binəqədi kəndi və ətrafındakı yeni yaşayış massivləri, Biləcəri qəsəbəsinin Məmmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də "DSK yolu" adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı bərpa olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































