Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? – RƏSMİ AÇIQLAMA

Tarix: 08-05-2026 21:00     Baxış: 324 A- / A+


Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəblə bağlı iddialar yayılıb.

Sözügedən məktəbdə övladları təhsil alan valideynlərin iddiasına görə 6 ildən çoxdur ki, məktəbin 3-cü mərtəbəsində Elm və Təhsil Nazirliyinə bağlı qurumlardan biri fəaliyyət göstərir.

Onların əsas narazılığı isə həmin quruma gələn kənar şəxslərin məktəbin daxilindən sərbəst giriş-çıxış etməsi və şagirdlər üçün nəzərdə tutulmuş sanitar qovşaqlarından istifadə etməsidir.

Valideynlər məsələ ilə bağlı imza kampaniyasına başladıqlarını bildiriblər. Onlar məktəbin tamamilə şagirdlərin istifadəsinə verilməsini tələb edirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, sözügedən məktəbdə mövcud yer imkanı nəzərə alınmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və əməliyyat mərkəzi fəaliyyət göstərir.

“Qeyd olunan Xidmət və əməliyyat mərkəzi Qaradağ, Səbail və Yasamal rayonları ərazisində yerləşən təhsil müəssisələrinə xidmət göstərir.

Mərkəzin əməkdaşlarının binaya daxil olması siyahı üzrə tənzimlənir və təhsil müəssisəsinin normal fəaliyyətinin qorunması məsələlərinə ciddi nəzarət olunur”. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar