Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?”

Tarix: 07-05-2026 21:47     Baxış: 329 A- / A+
“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin iddia edir ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

Sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

"Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı”, – deyə şikayətçi narazılığını dilə gətirib.

"Bu dinə yaraşan hərəkət deyil. Sən evini tikirsən, öz abadlığını güdürsən, bəs camaatın qəbri ilə nə işin var”, - deyə digər sakin əlavə edib.

Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:

"Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir”. azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar