Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü cəzalandırıldı

Tarix: 07-05-2026 18:50     Baxış: 3143 A- / A+
Sumqayıtda gənc qızı maşınına dəvət edən  sürücü cəzalandırıldı

Sumqayıtda gənc qızı maşına mindirməyə çalışan kişi məsuliyyətə cəlb olunub.
Manevr.az xəbər verir ki, hadisə Saray yolunda, daş bazarı adlanan ərazidə qeydə alınıb.
50 yaşlı Məzahir Fərhadov (ad və soyad şərtidir) axşam saat 21 radələrində özünə məxsus “Changan” markalı avtomobillə Saray qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol kənarında bir qadının dayandığını görüb. O, yağışlı havada pəncərəni endirərək qadını avtomobilə dəvət edib. Qadın isə “çox sağ olun” deyərək imtina edib. Buna baxmayaraq Məzahir təkid edib. Qadının sözlərinə görə, əlacsız qalıb həyat yoldaşına zəng edib ki, Məzahir onun telefonla danışdığını görüb əl çəksin. Lakin bu da əhəmiyyətsiz olub. Qadın yalnız avtobusa mindikdən sonra Məzahir oradan uzaqlaşıb.
Bu əməlinə görə, M. Fərhadov zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Fərhadov bildirib ki, həmin əraziyə başqa bir qadından sənəd götürməyə gedib. Onun sözlərinə görə, danışdığı qadın da yolun kənarında dayandığı üçün onu zərərçəkənlə səhv salıb. Məzahir Fərhadov dəfələrlə həmin qadından və ərindən üzr istədiyini bildirib. O, əminliklə qeyd edib ki, qadını maşına mindirmək və tanış olmaq niyyəti olmayıb.
Məhkəmə araşdırması zamanı Məzahirin xırda xuliqanlıq etməsi tam sübuta yetirilib. Qeyd olunub ki, onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur.
Məhkəmənin qərarı ilə M. Fərhadov 100 manat məbləğində inzibati qaydada cərimələnib.lent.az

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar