Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Apteklərdə saxta dərmanlar satılır? - Video

Tarix: 07-05-2026 10:36     Baxış: 3112 A- / A+
Apteklərdə saxta dərmanlar satılır? - VideoAzərbaycanda son illər dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb. Vətəndaşlar bəzi preparatların əvvəlki kimi təsir göstərmədiyini, hətta apteklərdə saxta dərmanların satıldığını iddia edirlər.
Manevr.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.
Sakinlər xüsusilə boğaz və diabet dərmanlarının effekt vermədiyini bildiriblər.
“Əvvəl şəkər dərmanları daha çox təsir edirdi. İndi isə elə təsir göstərmir. Yəqin keyfiyyəti aşağıdır”, - deyə vətəndaşlardan biri qeyd edib.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla bildirib ki, saxta dərmanların aptek şəbəkəsinə daxil olması müxtəlif qanunsuz yollarla həyata keçirilir və bunu ilk baxışdan müəyyən etmək mümkün deyil.
Onun sözlərinə görə, bəzi hallarda dərmanların təsiredici maddəsi azaldılır, nəticədə preparat daha ucuz başa gəlir və satışa çıxarılır.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, saxta dərmanların qarşısını almaq üçün dərman vasitələrinin təqib və izləmə sistemi yaradılıb.
Qeyd olunub ki, sistem vasitəsilə hər bir dərmana xüsusi unikal kod verilir və preparatın istehsaldan son istehlakçıya qədər bütün hərəkəti izlənilir.
Mərkəzdən verilən məlumata görə, yaxın gələcəkdə istifadəyə veriləcək mobil tətbiq vasitəsilə vətəndaşlar dərmanın üzərindəki “data matrix” kodunu skan edərək onun saxta olub-olmadığını yoxlaya biləcəklər.
Bildirilib ki, tətbiqdən istifadə üçün xüsusi texniki bilik tələb olunmur.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar