Sizin Reklam Burada
Xəbər lenti
06-05-2026
05-05-2026
BÜTÜN XƏBƏRLƏR

““Ədəbi regenerasiya”ya ehtiyac olan Aqşin Yenisey” — Emil Rasimoğlu yazır

Tarix: 06-05-2026 17:29     Baxış: 392 A- / A+
Emil Rasimoğlu şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Hazırkı çağımızın ədəbi cameəsi ilə bağlı fikirlərimi ortaya qoyarkən bir neçə dəfə bir nüansı mütləq şəkildə qeyd etmişəm: Ki, bu əlahəzrət ədəbi mühitdə bir çox imzalar var ki, düşüncə mexanizmi, baxış tərzi qəzalı, travmatik vəziyyətdədir... Adamlar sanki qələmlərinə cavabdeh deyillər!

Çox da vaxt itirmədən elə bu yerdəcə sözümün mətləbinə, məğzinə keçib, deyim ki, bu gözəlim məmləkətin Aqşin Yenisey həzrətləri də məhz həmin o təfəkkür zədəsindən əziyyət çəkən, “ədəbi regenerasiya” prosesinə ehtiyacı olan (amma və lakin, bəlkə də o “ədəbi regenerasiya” prosesinə artıq gecikən, şansı belə qalmayan!) əliqələmlilərindəndir...

Demək, bu günlərdə azadlığının onurğası “qanqren” vəziyyətə çatmış, özünü populizm girdabına yuvarladan həmin bu Aqşin Yeniseyin az qala hər cümlədə “Sabir Rüstəmxanlının yaradıcılığı” deyə-deyə “xaraktersizlər minbəri”ndən “azan” çəkib, hətta hayqıra-hayqıra hər cür vəcdlə, canfəşanlıqla Sabir Rüstəmxanlının “boz ədəbiyyat”ına, yazdıqlarına... “ədəbi don” geyindirmə cəhdini əks etdirən bir sicilləmə “yazısı” qarşıma çıxdı... Və eləcə öz-özümə pıçıldadım, qələmi qapılara salmaq da yolsuzluğun başqa bir sifətidir — itaətkarlıq sifəti!

Bilirsiniz, adam gərək (əgər varsa!) ədəbi vicdanı ilə üz-üzə, düşmən mövqedə, əks cəbhədə dayanıb, “çoxbucaqlılar fəsli”ndən boylanıb, sənətin gerçək rənginə, prinsiplərinə, üzünə dönük çıxmasın. İllah da ciddi mətnin bədii-fəlsəfi mahiyyətinə, yaranma prosesinə, meyarlarına bələd olan bir şəxs olasan. O zaman sənin bir ad(sızlığ)ın var: XƏYANƏTKAR!

Dünənə qədər yürütdüyü mülahizələrin, çıxışların fonunda “boz ədəbiyyat”(çılar)ı haqlı olaraq tənqid hədəfinə çevirən Aqşin Yeniseylərin indi gəlib ilin-günün bu çağında özünü “Vaqif Yusifli pencəyi”ndə təqdim etməsi (də!), qələmə aldığı “Sabirnamə dastan”larının şəxsində “bozluğun” içində can çəkməsi (də!), necə deyərlər, qələmini “xəyanət qatarı”nın saxta, ağ şinləri altına atması da idrakın və ilahi missiyanın bir ayrı “iltihabi proses”idir...

... Sabir Rüstəmxanlı bu vaxtacan nə yazıb, nə yazır, ədəbi və siyasi tablosu hansı boyalardan ibarətdi, necədir, hamısını gözəl görür və bilirik, ay gözəlim məmləkətin öz(gə!) tozunda “itkin” düşən Aqşin Yeniseyi. “Mədhiyyələr simfoniyası”na nə hacət?!

Əziz oxucum, elə bu məqamda bir neçə gün öncə Sabir Rüstəmxanlının 80 illik yubileyi ilə bağlı yazdığım YAZInı bir də oxuyaq:

80 İLİN SABİRİ QARŞISINDA ƏDƏBİYYATIN SƏBRİ...
(Sabir Rüstəmxanlının 80 illik yubileyinə proloq)

Bu il bəlli məsələdir ki, bu gözəlim məmləkətin istər ictimai-siyasi, istərsə də ədəbi mühitindən hamımızın çox yaxşı tanıdığı Sabir Rüstəmxanlı həzrətlərinin yubiley ilidir — 80 yaşı tamam olur.

Əvvəla, onu deyim ki, yazıb-yaratmaq gücündə, potensialında olan bir şəxs üçün 80 illik bir ömür HEÇ DƏ kiçik bir ömür deyil. (Rəqəm baxımından Çexovların, Kafkaların, Kamülərin... ömrünün iki misliylə qarşı-qarşıya dayanır). Amma və lakin, dediyim kimi, yazıb-yaratmaq gücündə, potensialında olan bir şəxs üçün!

Hətta həmin bu zaman kəsiyini, 80 illik bir müddəti BÖYÜK VƏ BÖYÜK OLDUĞU QƏDƏR DƏ SPESİFİK SƏNƏTİ, SƏNƏTKARLIĞI ORTAYA QOYMAQ İSTƏYİ qarşısında aşırı bir İLAHİ FÜRSƏT də adlandırmaq olar... Kİ, yarada bilirsənsə buyur, yarat (əlahəzrət sənəti!), göstər (sənətkarlığın) özgünlüyünü!

80 ilin Sabirinə — Sabir Rüstəmxanlısına gəldikdə İSƏ(!)... O, bir ömür başdan-başa NƏ ictimai-siyasi arenada demokrat kimi DEMOKRAT oldu, NƏ DƏ Kİ, ömrün hər hansısa mərhələsində gerçək ƏDƏBİYYATı ortaya qoya biləcək bir İMZA kimi ÖZünü yaratdı. Bu qədər vaxtın axarında heç birini bacarmadı ki, bacarmadı!..

Ömür tapıldı, amma və lakin(!) bir yol uzunu DEMOKRAT olmağa iradə(!), SƏNƏTi yaratmağa isə ƏDƏBİ GÜC(!) tapılmadı, (olmadı!)...

... Məmləkətin bu əlahəzrət ədəbi camiyəsində bir çoxları kimi Sabir Rüstəmxanlının da daim ədəbiyyat təsəvvürü, sənət təqdimi, ədəbi yanaşmaları, mülahizələri və yazdığı şeirlərin gerçək mahiyyəti CİDDİ ƏDƏBİYYATIN (GERÇƏK SƏNƏTİN) VƏ ONUN TƏRKİB HİSSƏSİ OLAN FÖVQƏL İDRAKIN, İLAHİ ÜNSİYYƏT DALĞALARININ, YARADICI STRUKTURUN VARLIĞINDAN çox uzaq oldu.

Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir... VƏ YA(!) etmək gücündə deyil!

Ədəbiyyat, sənət bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, HADİSƏdir...

Zaman-zaman, dönə-dönə, fəsil-fəsil Sabir Rüstəmxanlının şeirləri ilə səhifə-səhifə, qəzet-qəzet, kitab-kitab, tiraj-tiraj, şüar-şüar, tribuna-tribuna, cild-cild üz-üzə gəlmişik. Həm də dəfələrlə!..
Bu gün bir çoxları tərəfindən ilahiləşdirilib, kütlə üzərində konservatizmliklə təbliğ edilən “Sağ ol, ana dilim”in də, “Salam, Gəncə qapısı”nın da... və.s necə deyərlər, tərkibi rənginə, nüvəsinə, rüşeyminə bələdik... bələdəm! Həmçinin, (az öncə də qeyd etdiyim kimi), Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün, baxış tərzinin fundamental, gerçək YARADICI MEXANİZMdən, yaratmaq fəlsəfəsindən uzaq olmasını, kütlə irrasionalizmindən boy verməsini də yaxşı müşahidə etmişik... etmişəm!

Onun qələmə aldığı şeirlərin mahiyyətində, təməlində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni, təkrarsız bədii həll prosesini ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm, xroniki pafos! Məhz “boz ədəbiyyat”ın təşkili olan bu detallardan ibarətdir o şeirlərin varlığı, strukturu, özülü. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır...

... Yeri gəlmişkən, bu məqamda bir nüansı da vurğulamaq yerinə düşərdi. 
Ümumiyyətlə birdəfəlik şəkildə qəbul etmək lazımdır ki, bir sıra əliqələmlinin, eləcə də Sabir Rüstəmxanlının adının üzərində uzun illərdi manipulyativliklə qurulan “Vətənpərvər şair”, “milli şair”, “milli ruhun oyanmasında, formalaşmasında rolu olan şair” və s. kimi ifadələr İSTEDADın, MƏTNin, sənənətin, sənətkarlığın meyarı, təsdiqi deyil... Və olması da mümkünsüzdür!
Hətta ədəbiyyat adına danışmağa, yazmağa başlayanda bu kimi pafosa söykənən ifadələrlə yazıya, çıxışa başlamaq, bu kimi ifadələri necə deyərlər, əldə bayraq etməyin özü belə ədəbi müstəvidə qeyri – peşəkarlıqdan başqa heç nəyi ifadə edə bilmir...

BƏDİİ MƏTNin yaradılışı zamanı məsələn, bir sənət adamının vətənpərvər olub – olmaması nəyisə həll etmir... edə də bilməz! Bu faktı Sabir Rüstəmxanlılar da bilməlidir... VƏ bilməyi azmış kimi, hətta bu ƏDƏBİ AKSİOMA ilə qəbullanmağı da bacarmalıdır!

... Digər tərəfdən, SƏNƏTKAR adına, ƏDƏBİYYAT adı altında təqdim və təqdir edilən bir ədəbi imzanı mövzuya görə yox, yanaşdığı mövzunu necə bir ƏDƏBİ MASŞTABda, ədəbi təfəkkürdə mətnə gətirdiyinə görə alqışlayarlar. O da ki... hələ MƏTNi yaradıb, sənətkarlığının isbatını əks etdirə bilibsə!

MƏSƏLƏN, hələ, keçən əsrin sonlarında böyük bir salonda Sabir Rüstəmxanlının (az öncə adını çəkdiyim) “Sağ ol, ana dilim” şeirinə ünvanlanan alqışlar məgər, ədəbiyyat, sənət, sənətkarlıq adına ünvanlanan alqışlar idimi? Əlbəttə ki, yox!.. Sadəcə həmin alqışlar manipulyativ üsulla mövzuya yönələn alqışlar idi.
Əgər, ədəbiyyatın mahiyyəti hesab edilən SƏNƏTKARLIQ meyarları ilə sözügedən məlum şeirə yanaşılsa SƏNƏT adına (məhz sənət adına!) nəinki o şeiri alqışlamaq, hətta çap etmək, təqdim etmək belə ədəbiyyatın uğursuzluğudur. Səbəbi isə bəllidir!

... Və sözümün bu yerində, ömrünün bu çağında 80 ilin Sabirinə — Sabir Rüstəmxanlı həzrətlərinə toxunduğu, amma və lakin(!) mətnsiz qoyduğu kağızlar (və saat əqrəbləri) tərəfindən bağışlanmağı arzulayıram!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar