Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Arvadla doğuşa girən kişi nəyə lazım?"

Tarix: 05-05-2026 14:03     Baxış: 3156 A- / A+



Son illərdə kişilərin həyat yoldaşlarına daha çox emosional dəstək göstərmək istəyi doğuş otaqlarına qədər uzanıb.
Manevr.az xəbər verir ki, əvvəllər əsasən filmlərdə və xarici xəbərlərdə rast gəlinən bu hal artıq Azərbaycanda da müşahidə olunur. Getdikcə daha çox ata namizədi övladının dünyaya gəlməsi anında həyat yoldaşının yanında olmaq istəyir.
Bununla belə, bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır. Gənc nəsil bu addımı ailə bağlarını möhkəmləndirən və atalıq məsuliyyətini artıran müsbət dəyişiklik kimi qiymətləndirsə də, daha yaşlı nəsil bunu ənənəvi dəyərlərə zidd hesab edir.
Mövzu ilə bağlı fikirlərini bölüşən 87 yaşlı həkim-fizioterapevt Rəşid Mahmudov məsələyə sərt mövqedən yanaşıb. O, kişilərin doğuş prosesində iştirakını qəbul etmədiyini bildirərək, bu addımın "kişilik" anlayışına uyğun olmadığını qeyd edib.
Ekspertlər isə vurğulayır ki, cəmiyyət dəyişdikcə ailə daxilində rollar və münasibətlər də yenilənir. Müasir yanaşmaya görə, atanın doğuşda iştirakı yalnız şəxsi seçim deyil, bəzən qadının da istəyi ilə bağlı olur.
Qeyd edək ki, Azərbaycanda doğuş zamanı qadının yaxınlarından bir nəfərin iştirakına icazə verilir. Dövlət xəstəxanalarında bu məsələyə daha məhdud yanaşma olsa da, özəl klinikalarda müəyyən şərtlərlə həyat yoldaşının doğuş prosesində iştirakına imkan yaradılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar