Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sel təhlükəsi - XƏBƏRDARLIQ

Tarix: 05-09-2016 14:48     Baxış: 3502 A- / A+
Azərbaycanda sel təhlükəsi


Azərbaycanın bəzi çayları üçün hələ də daşqın və selə keçən gursululuq təhlükəsi var.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində daxil olan rütubətli hava kütlələri bir çox regionlarda leysan yağışlarla müşahidə olunub.

İnstitut rəsmisinin sözlərinə görə, əvvəlcədən proqnozlaşdırıldığı kimi, yayda sel ocaqlarında külli miqdarda daşınmaya hazır sel materiallarının toplanması nəticəsində bu leysan yağışları ölkənin bir çox çaylarında selə keçən gursululuğa səbəb olub.

E.Əlizadə qeyd edib ki, Dəmiraparançay, Göyçay, Girdimançayda, Kişçay, Şinçay, Kiçik Qafqazdakı Zəyəmçay, Şəmkirçay, eyni zamanda, Qusarçay, Qudyalçay və Vəlvələçayda baş verən gursululuq artıq müəyyən fəsadlar yaradıb: “Bu proseslərdən həm yollar, həm də körpülər ziyan gördü. Nəzərə alaq ki, yaxın 1 həftə ərzində ölkə ərazisində rütubətli hava kütlələrinin qalacağı və bunun da yağıntılarla müşahidə olunacağı gözlənilir. Bu isə o deməkdir ki, daşqın və selə keçən gursululuq təhlükəsi dağ çaylarımızda hələlik qalmaqdadır. Bu baxımdan Böyük Qafqazın cənub yamacı çayları - Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançay, Böyük Qafqazın şimal-şərq yamacı - Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçay və çox güman ki, həm də Gil-Gilçay xüsusilə təhlükəlidir. Cünki Gil-Gilçaydan daşqın keçməyib, amma orada daşınmağa hazır süxurlar qalıb. Rütubətli havanın qalacağını nəzərə alsaq, Lənkəran-Astara və Gəncə-Qazax zonasının çaylarında da bu hadisələrin təkrarlanacağını yenə də gözləmək olar”.

Xatırladaq ki, sentyabrın ilk günlərində şimal bölgəsinə yağan güclü yağışlar Xaçmaz və Quba rayonlarına ciddi ziyan vurub. Xaçmazın Qarğalıq və Qarabağlı kəndlərində sel suları evləri və təsərrüfat sahələrini basmışdı.

Qubada güclü yağışlar nəticəsində yaranan sel rayonun telekommunikasiya sisteminə ciddi ziyan vurmuş, rayonun 20-yə yaxın yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilmişdi.

Qəbələnin Laza kəndini sel basmış, evlərin zirzəmilərini, həyətyanı sahələri su basmış, Laza kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilmişdi.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar