Xəbər lenti
Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK
Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.Layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb.
Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq. Müzakirələrdə bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. Həmçinin, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.
Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































