Sizin Reklam Burada
Xəbər lenti
02-05-2026
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTO

Tarix: 02-05-2026 21:42     Baxış: 434 A- / A+


 Quba Tarix-Diyarşünaslıq Muzeyində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində “Korrupsiyaya qarşı mübarizə – sağlam cəmiyyətin təməli” mövzusunda tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Manevr.az xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının üzvləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələri, qazilər və tələbələr iştirak ediblər.
Çıxış edənlər korrupsiyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək bu neqativ halın qarşısının alınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün ilk növbədə şəffaflıq prinsiplərinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və ictimai nəzarətin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, dövlət qurumlarının fəaliyyətində açıqlığın artırılması, korrupsiyaya şərait yaradan halların vaxtında aşkar edilərək aradan qaldırılması və nəzarət mexanizmlərinin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına zəmin yaradır. Eyni zamanda vurğulanıb ki, hər bir vətəndaşın qanunlara hörmətlə yanaşması, fəal və məsuliyyətli mövqe sərgiləməsi korrupsiyaya qarşı mübarizədə uğurun əsas şərtlərindən biridir.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla izlənilib.

Manevr.az













Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar