Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi

Tarix: 02-05-2026 17:27     Baxış: 3116 A- / A+


Azərbaycanın tanınmış geoloqu, mərhum Həsən Çələbinin xanımı Ekologiya və Təbii Sərvətlər Nazirliyini və nazirliyin tabeliyində fəaliyyət göstərən Geoloji Kəşfiyyat Agentliyini məhkəməyə verib.
Manevr.az qaynarinfo.az-a istinadla xəbər verir ki, iddiaçının tələbi Həsən Çələbiyə verilməli olan pul mükafatı ilə bağlıdır. İddiadan görünür ki, həmin mükafat verilməyib.
Lakin cavabdeh qurumlar mükafatın verildiyinə dair məhkəməyə sənəd təqdim ediblər. Bu baxımdan, Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib.
Həsən Çələbinin xanımı apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiyanın qərardadı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Həsən Çələbi 1947-ci il iyun ayının 10-da Azərbaycanın Qax rayonunun Sarıbaş kəndində anadan olub. O, 1967-1970-ci illərdə "Elektrotexsənaye” Elmi Tədqiqat İnstitutunda texnik, kiçik elmi işçi, 1974-1985-ci illərdə Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında böyük texnik-geolog, geolog, böyük geolog, axtarış partiyasının baş geologu, 1985-2001-ci illərdə Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Mərkəzi Aparatında Geologiya şöbəsində böyük geolog, Geologiya şöbəsinin rəis müavini, Geologiya və Texniki-İstehsalat şöbələrinin rəisi, 2001-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının "İstehsalatın Təşkili və Planlaşdırılması İdarəsi”ndə baş mütəxəssis, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geologu vəzifələrində işləyib.
2006-2021-ci illərdə Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Azerbaijan International Mining Company (AIMC) şirkətində Geologoya Departamentinin baş geologu vəzifəsində çalışıb. O, 2021-ci ildə dünyasını dəyişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar