Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Həyət evlərinin qarşısındakı sahələr kimə məxsusdur?

Tarix: 01-05-2026 16:20     Baxış: 3112 A- / A+
Həyət evlərinin qarşısındakı boş sahələri öz mülkiyyəti kimi istifadə edən bəzi vətəndaşlar hüquqi problemlərlə üzləşə bilər. Qapı önündə gül əkmək, hasar çəkmək və ya avtomobil üçün yer ayırmaq yalnız həmin torpaq sahəsi rəsmi şəkildə onların adına sənədləşdirildiyi halda qanuni sayılır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı deputat Tahir Rzayev bildirib ki, əgər sözügedən ərazi şəxsin mülkiyyətində deyilsə, orada hər hansı tikinti aparmaq və ya dəyişiklik etmək qadağandır. Bu cür sahələr çox vaxt bələdiyyələrin balansında olur və istifadə üçün əvvəlcədən razılıq alınmalıdır.

Onun sözlərinə görə, yaşıllaşdırma işləri müəyyən hallarda mümkün olsa da, bu da rəsmi şəkildə razılaşdırılmalıdır. Əks halda gələcəkdə torpaqla bağlı problemlər yarana bilər. Avtomobillərin saxlanmasına gəldikdə isə, bunun üçün xüsusi ayrılmış yerlərdən istifadə olunması daha məqsədəuyğundur.

Deputat əlavə edib ki, vətəndaşlar qanunlara əməl etməli və bütün addımlarını hüquqi çərçivədə atmalıdırlar. Bu, həm mübahisələrin qarşısını alır, həm də insanların daha təhlükəsiz və nizamlı şəraitdə yaşamasına imkan yaradır.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar