Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Haqverdiyev azadlığa buraxıldı

Tarix: 01-05-2026 15:13     Baxış: 3101 A- / A+

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb.
Manevr.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Amma məhkəmədə, demək olar ki, bütün şahidlər keçmiş rəisin lehinə ifadə verib, işə düzəlmək üçün pulu onun müavini, hazırda rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini deyiblər.
Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası yekunda təqsirləndirilən şəxsi verilmiş ittihamla təqsirli bilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən az cəza təyin etmə) maddəsi tətbiq edilib.
Hökmə əsasən, İlham Haqverdiyev 15 min manat cərimə cəzasına məhkum edilməklə məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən şəxs məlumatı özü saytımıza təsdiq edib.
Qeyd edək ki, İ.Haqverdiyev 6 ay əvvəl prokurorluq tərəfindən həbs olunmuşdu.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar