Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB

Tarix: 01-05-2026 10:15     Baxış: 327 A- / A+



Çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinə məhdudiyyətlərin tətbiqi yeni tikililərdə mənzil qiymətlərinə müəyyən təsir göstərə bilər. Yeni qərara əsasən çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız azmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulan mənzillərdə icazə verilir.
Manevr.az məlumat verir ki, mövzu ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, bu qərarın nəticəsində kvadratmetr üzrə təxminən 30 manatdan 120 manata qədər bahalaşma mümkündür.
"Məbləğ binanın mərtəbə sayı, layihə tipi, istifadə olunacaq istilik sistemi və tikinti şirkətinin xərc siyasətindən asılı olacaq. Ən aşağı artım ekonom seqment binalarda müşahidə oluna bilər və burada əlavə xərcin 30-50 manat civarında olması gözlənilir. Orta seqment yaşayış komplekslərində bu rəqəm 50-80 manat, premium layihələrdə isə 80-120 manata və daha yuxarı səviyyəyə çata bilər".
Ekspert qeyd edib ki, bahalaşmanın əsas səbəbi mərkəzi istilik sistemi üçün əlavə avadanlıq və infrastrukturun qurulmasıdır.
"Buraya qazanxana, boru xətləri, nasoslar, avtomatika sistemləri, texniki otaqlar və layihələndirmə xərcləri daxildir.Məsələn, hazırda mənzilin satış qiyməti 2500 manat olan bir binada kvadratmetr üzrə 50 manat artım olarsa qiymət 2550 manata, 100 manat artım olarsa 2600 manata yüksələ bilər. Bu isə 100 kvadratmetrlik mənzil üçün ümumilikdə 5000-10000 manat əlavə xərc deməkdir. Ümumilikdə, bu qərarın bazarda kəskin qiymət sıçrayışı yaratması gözlənilmir. Lakin xüsusilə yeni tikilən binalarda kvadratmetr qiymətlərində hiss olunan artım baş verə bilər", - deyə ekspert qeyd edib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar