Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı

Tarix: 01-05-2026 08:17     Baxış: 4104 A- / A+
340a5442 3f5a 45bc 9e4c b45b022c0293
Bir neçə gündür Qəbələ yenidən diqqət mərkəzinə düşüb. Şəhərin siyasi və inzibati əhəmiyyətinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə son bir həftə ərzində Prezident İlham Əliyevin xarici qonaqları məhz burada qəbul etməsi müzakirələri daha da artıb. Paytaxtın köçürülməsi konteksində sözügedən məsələnin gündəmə gəlməsi Bakının tıxacdan və başqa yüklərdən azad edilməsi planının olub-olmadığını da aktuallaşdırıb.

Deputat Fazil Mustafa deyib ki, Qəbələnin, yaxud Ağdamın ikinci paytaxt elan edilməsi mükəmməl bir addım olar:

“Lakin proses gecikir. Bu məsələ ilə bağlı qəti qərarın verilməsi daha düzgün olardı. Görünür, dövlət səviyyəsində müəyyən amillər nəzərə alındığı üçün hələ ki, bu istiqamətdə hansısa məsələlərə aydınlıq gətirilmir”.
fazil
Deputat bildirib ki, Bakıda yaranmış tixac probleminin həlli məhz bu yanaşmadan, yəni ikinci paytaxt seçilməsindən keçir:

“Şəhərin mövcud vəziyyəti bu istiqamətdə daha ciddi düşünməyi zəruri edir. Çünki vaxtında həll olunmayan məsələlər sonradan daha böyük xərclər və gecikmələrlə nəticələnə bilər. Bu baxımdan, belə bir yanaşma gündəmdədirsə, onun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğundur. Çünki Bakı həddindən artıq yüklənib, tıxaclar, ekoloji gərginlik ən yüksək səviyyədədir. Paytaxtın başqa ikinci bir şəhərə köçürülməsi, həm də o regionda yeni iş yerlərinin açılmasına, eləcə də investisiya axınına şərait yaradar”. globalinfo.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar