Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu saatlarda çölə çıxmayın

Tarix: 29-04-2026 18:36     Baxış: 388 A- / A+

Bu saatlarda çölə ÇIXMAYIN
"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir".
Manevr.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, 05:00-10:00 ən yüksək tozcuq aktivliyi, 10:00-16:00 nisbətən stabil dövr, 16:00-20:00 konsentrasiyanın yenidən artdığı saatlar, 00:00-05:00 isə ən aşağı səviyyə olan saatlardır.
"Bu səbəbdən allergiyası olan şəxslərə pik saatlarda açıq havada az vaxt keçirmək, maska və gün eynəyindən istifadə etmək tövsiyə olunur".
Bundan başqa nəzərə çatdırıb ki, allergik rinitdən əziyyət çəkən pasiyentlərdə hava şəraitinin dəyişməsi şikayətlərin artmasına səbəb ola bilər:
"Yağışlı havalarda bəzən vəziyyətin yaxşılaşması, bəzən isə əksinə pisləşməsi müşahidə olunur".
Qeyd edib ki, yağış zamanı havadakı allergenlərin miqdarı azalır və bu, tənəffüs yollarında qıcıqlanmanı bir müddət zəiflədir: 
"Lakin yağışdan sonra rütubətin artması bitki tozcuqlarının şişməsinə və parçalanmasına səbəb olur. Nəticədə bu hissəciklər yenidən havaya qarışaraq allergik şikayətləri gücləndirə bilər".musavat.com
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar