Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Həyət evində yaşanların nəzərinə! — 600 manat cəriməsi var

Tarix: 28-04-2026 08:18     Baxış: 331 A- / A+
Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ birbaşa mülkiyyət hüququ ilə bağlıdır:

“Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.

Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar