Xəbər lenti
Sumqayıt şəhər 1 saylı xəstəxanasında acınacaqlı vəziyyət
Sumqayıt şəhər 1 nömrəli xəstəxananı su basıb.Bu barədə məlumatı xəstəxananın işçisi bildirib. Xəstəxanadakı acınacaqlı vəziyyəti videoya çəkən əməkdaş bildirib ki, birinci mərtəbəyə dolan su həftələrlə qalır.
Xəstəxana işçisi bildirib ki, kanalizasiya suyu anti-sanitar vəziyyət yaradıb:
"Bura xəstəxana işçilərinin geyinmə otağıdır. Bütün şkaflar kanalizasiya suyunun içindədir. Nə suyu çəkirlər, nə tədbir görürlər. Artıq 1 həftədir belədir, nəmişlikdən əmələ gələn qaz onkoloji xəstəlik yaradır. Bütün əməkdaşların həyatı risk altındadır".
Video çəkən əməkdaş bildirib ki, bu hadisə ilk dəfə deyil. Artıq iki ildir ki, bu vəziyyət təkrarlanır:
"İldə 2-3 dəfə biz bu vəziyyətə düşürük".
Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi uzun illər Mətləb Musayev olub. o, yanvar ayında tutduğu vəzifədən azad edilib. tribuna.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































