Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Tarix: 25-04-2026 22:41     Baxış: 378 A- / A+
Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.
Manevr.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.
Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?
Psixoloq Aygül Məlikova "Baku" TV-yə bildirib ki, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır: "Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə "mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm" kimi fikirlər formalaşır".
Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar