Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Bitməlidir “vahiməli Əkrəm mifi”nin erası” — Emil Rasimoğlu yazır

Tarix: 24-04-2026 19:11     Baxış: 453 A- / A+
  Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



O, yazıçı olaraq sözün, fikrin sərhədsizliyində yaşamağı sevən Əkrəmdir. Onu deyirəm — Əkrəm Əylislini...

Son on beş ildə ona qarşı olmazın haqsızlıqları edildi bu məmləkətdə. Hələ digər edilənlər bir yana, BİR YAZIÇININ Kİ, (həm də Əkrəm kimi bir yazıçının!) gözlərinin qarşısında od vurub kitablarını yandıralar... yandırılmasına qərar verələr... o yerdə Tanrı da intihar ipindədir, günəş də, sabahlar da!

Təbii ki, SƏNƏT, SƏNƏTKAR taleyi kütləyə (kütlə təfəkkürlü şəxslərə!) TAPŞIRILANDA, onların ixtiyarına VERİLƏNDƏ(!) kitab vərəqlənmədən YANDIRILAR, əsər oxunmadan “MÜZAKİRƏ” OLUNAR, sənətkar dərk edilmədən “dəyərləndirilər”...

... Bir dəfə də yazmışdım, Əkrəm Əylisli kifayət qədər nə yazdığının, nə yaratdığının fərqində olan İmzadı!

Onun məlum “Daş yuxular” əsərində də olduqca ciddi nüanslar var. O nüanslar ki, əsərin İDEYAsının tərkib hissəsini təşkil edir. Belə ki, düşmənçiliyin yox edilməsinin, bitməsinin mahiyyəti, fəlsəfəsi, (necə deyərlər, hələ at belindən üzübəri gələn) qarşılıqlı nifrətin sonu... o əsərin əsas ideyasının ÜMUMBƏŞƏRİ MƏĞZidir. Yazıçı cəsarəti də məhz həmin ideyaya xidmət edir.

... Nefti tərəzi ilə ölçənin (ölçmək istəyənin, “ölçmək marağı”nda olanın!) SUÇU neftdə deyil... ola da bilməz!
MƏHZ BU BAXIMDAN DA(!) bir daha deyim ki, bir əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... VƏ YA hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən SONRA, əsərlə bağlı yanlış qənaətə gəlinirsə (hansı ki, bu zaman həmin yanlış nəticəyə gəlinməsi də təbiidir!), o artıq bir sənətkarın, yazıçının problemi deyil...

Elə ona görə də (ay gözəlim məmləkətin Əkrəm qarşısındakı hər bir əlidaşlısı!) SƏN ilk öncə SƏNƏT... YAZIÇI MİSSİYASI anlayışlarının doğru – dürüst şəkildə QATLARına enməlisən. Bu azmış kimi (əgər hər hansısa bir əsərdən danışmaq istəyirsənsə!) o QATLARdan (yalnız həmin o QATLARdan!) çıxış etməyi bacarmalısan. YOXSA Kİ, fikirlərin ya PAFOSun, ya da “MARAQLAR”ın eləcə ifadəsi olacaqdır...

... İndi gəlib ilin - günün bu çağında Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını belə çəkməkdən qorxmaq!) sadəcə kortəbiilikdən, sənətin, YAZIÇI MİSSİYASInın, YAZIÇI AZADLIĞInın fərqinə varmamaqdan, vara bilməməkdən... başqa heç nə deyil!

... Bitməlidi “Əkrəm xofu”, yaradılmış “vahiməli Əkrəm mifi”nin “erası”.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar