Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

300 min azərbaycanlıdan 13-ü sağ qalıb

Tarix: 24-04-2026 14:37     Baxış: 380 A- / A+
300 min azərbaycanlıdan 13-ü sağ qalıb
Prezident İlham Əliyev 1941–1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımın ödənilməsilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsindəki Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

Manevr.az
bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından 13 nəfər sağdır.

Bu il mayın 9-da İkinci Dünya müharibəsindəki qələbənin 81-ci ili tamam olur.


Məlumdur ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı da iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...

Müharibədən qayıdan 300 min azərbaycanlıdan cəmi 13 nəfəri bu günə sağ gəlib çatıb...

Qeyd edək ki, ki, ötən il 1941-1945-ci illər müharibəsi iştirakçılarının sayı 18 nəfər olub. Bir il ərzində onlardan 5-i dünyasını dəyişib.

Hazıra sağ qalmış İkinci Dünya müharibəsi iştirakçılarına hər ay 330 manat məbləğində Prezident təqaüdü ödənilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar