Xəbər lenti
300 min azərbaycanlıdan 13-ü sağ qalıb

Prezident İlham Əliyev 1941–1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımın ödənilməsilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İkinci Dünya müharibəsindəki Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.
Manevr.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından 13 nəfər sağdır.
Bu il mayın 9-da İkinci Dünya müharibəsindəki qələbənin 81-ci ili tamam olur.
Məlumdur ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı da iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...
Müharibədən qayıdan 300 min azərbaycanlıdan cəmi 13 nəfəri bu günə sağ gəlib çatıb...
Qeyd edək ki, ki, ötən il 1941-1945-ci illər müharibəsi iştirakçılarının sayı 18 nəfər olub. Bir il ərzində onlardan 5-i dünyasını dəyişib.
Hazıra sağ qalmış İkinci Dünya müharibəsi iştirakçılarına hər ay 330 manat məbləğində Prezident təqaüdü ödənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































