Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB müşavirləri 15 min manat maaş alır?

Tarix: 22-04-2026 13:28     Baxış: 396 A- / A+
TƏBİB müşavirləri 15 min manat maaş alır?TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
Manevr.az bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.
Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elnur Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əmək haqqı alıb.
Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.
Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar