Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? - VİDEO

Tarix: 20-04-2026 09:37     Baxış: 4115 A- / A+
Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? (VİDEO))
Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.
Manevr.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bu prosesin hüquqi tərəflərinə aydınlıq gətirib.

Ekspert bildirir ki, qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir.

Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. X.Kərimli qeyd edir ki, bu zaman banklar artıq yeni borcalanın - yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər.

Ekspert vətəndaşlara ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməyi tövsiyə edir. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar