Sizin Reklam Burada
Xəbər lenti
10-05-2026
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Məkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm"

Tarix: 20-04-2026 08:46     Baxış: 3121 A- / A+
Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.

Özbəkistandan velosipedlə Ümrə ziyarətinə yola düşən zəvvar, Şirvan şəhərindən keçərkən təsadüfən yerli sakinlərlə qarşılaşıb.
Səyyah Qəhrəman Eşmirzəyev bildirib ki, məqsədi velosipedlə Səudiyyə Ərəbistanına - Məkkəyə çatmaqdır. O, ilkin olaraq Tacikistan, Əfqanıstan və İran marşrutu ilə hərəkət etməyi planlaşdırsa da, sərhədlərdəki məhdudiyyətlər səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bu dəyişiklik səyyahın təxminən 40 gün vaxt itirməsinə səbəb olub.

Yolboyu azərbaycanlılarla tanış olan səyyah, yerli sakinlərin onu səmimi qarşıladığını və süfrələrinə qonaq etdiyini bildirib. Qəhrəman Eşmirzəyev milli mətbəximizin yeməklərini xüsusilə bəyəndiyini qeyd edib.

Səyyahın sözlərinə görə, Türkiyəyə çatdıqda maddi vəsaiti tükənərsə, orada çalışaraq pul qazanacaq və yoluna davam edəcək. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar