Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Çin maşınlarının dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Tarix: 19-04-2026 10:34     Baxış: 391 A- / A+



Təkcə Azərbaycanda deyil, dünya üzrə Çin maşınlarına maraq getdikcə azalır. Ucuzluq və lüks görüntü axtarışında olan alıcılar indi daha seçici olublar.
Manevr.az xəbər verir ki, ümumiyyətlə Avropa bazarında Çin markalarının payı 2026-nın əvvəlində azalmağa başlayıb. Çin maşınlarının getdikcə qiymətinin artımı, bundan başqa keyfiyyət və etibarlılıq baxımından sınaqdan çətinliklə çıxması tələbatı aşağı düşürdü. Yerini isə əvvəlki illərdəki kimi "yevropeyka"lar deyil, "yaponka"lar tutacaq.

Ekspertlər bildirirlər ki, Yaponiyanın 3 ən etibarlı markası - Toyota, Mazda, Nissan bazarları ələ alır. İstər 0 kilometrlərə, istərsə də ikinci əl maşınlarına tələbat artıb. Xüsusilə də bu 3 markanın modelləri satışa çıxar-çıxmaz yeni sahibini tapır.

Bəs niyə "yaponka"lar yenidən alıcılara cazib gəlməyə başladı?

Yapon istehsalçıları daxili yanma mühərrikləri və hibrid texnologiyada (məsələn, Toyota-nın hibridləri) çox təcrübəlidir. Bu da yanacaq sərfiyyatı və etibarlılığa təsir edir. Çin maşınlarının bəzi markaları, xüsusilə də BYD, Geely, Chery son illərdə çox marağa səbəb olsa da, bəzi modellərdə keyfiyyətinin sabit olmaması, hətta zavodlarının müəyyən dövr modelləri geri çağırması alıcıda tərəddüd yaratdı. Ona görə də bir çox sürücü özünü sübut etmiş markalara, əsasən də yapon keyfiyyətinə geri dönməyə üstünlük verdi. /bizimmedia

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar