Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu evlər hər an çökə bilər

Tarix: 18-04-2026 14:50     Baxış: 3110 A- / A+
Paytaxtın Səbail rayonunda yerləşən yaşayış evlərindən bəziləri ciddi təhlükə ilə üz-üzə qalıb. Ərazidə baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi çöküb, həyətyanı sahələrdə və hasarlarda isə iri çatlar yaranıb. Mövcud vəziyyət yuxarı hissədə yerləşən evlərin aşağıdakı tikililərin üzərinə uçmaq riskini artırır.

Manevr.az xəbər verir ki, söhbət Bayıl qəsəbəsi, Badamdar yolu üzərində yerləşən 15B və 5D ünvanlarından gedir. Bildirilir ki, burada təxminən 10 mənzilin sakinləri təhlükəli şəraitdə yaşamağa məcburdurlar. Onların sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər. Buna baxmayaraq, sakinlərin köçmək üçün alternativ yerləri olmadığından, riskə baxmayaraq evlərində qalmağa davam edirlər.

Sakinlər qeyd edirlər ki, bu cür hallar ilk dəfə baş vermir. Daha əvvəl də oxşar təhlükəli vəziyyət yaranıb və onlar imkan daxilində özləri müəyyən qabaqlayıcı tədbirlər görüblər.

Məsələ ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyi bildirib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, vəziyyət sənədləşdirilərək akt tərtib olunub və aidiyyəti üzrə yerli icra hakimiyyətinə təqdim edilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə müraciətlər göndərilib və problemin həlli istiqamətində addımlar atılır.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar