Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
16-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ən çox əhalisi olan 10 rayonu - SİYAHI

Tarix: 17-04-2026 14:30     Baxış: 425 A- / A+
 
Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.

Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

Bəs ən çox əhaliyə sahib rayonlar hansılardır?

Manevr.az
Bizim.Media-ya istinadən Azərbaycanda əhalisinin sayına görə ən böyük 10 rayonu təqdim edir:

1. Abşeron

Əhalisinin sayına görə ən böyük Abşeron rayonudur. Bu rayonun 491 min 316 nəfər sakini var. Abşeron 4 yanvar 1963-cü ildə rayon statusu alıb. 1966 kvadratkilometr əraziyə malikdir.

2. Şəmkir

Şəmkir rayonunun əhalisinin sayı 232 min 393 nəfərdir.1930-cu ildə rayon statusu alan Şəmkirin ərazisi 1660 kvadratkilometrdir.

3. Cəlilabad

Cəlilabad rayonunun 231 min 800 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Cəlilabadın ərazisi 1440 kvadratkilometrdir.

4. Lənkəran

Lənkəran rayonunun əhalisi 228 min 90 nəfərdir. 1930-cu ildə rayon statusu alan Lənkəranın ərazisi 1539 kvadratkilometrdir.

5. Masallı

Masallı rayonunda əhali sayı 225 min 800 nəfərdir. 1930-cu ildə rayon statusu alan Masallının 721 kvadratkilometr ərazisi var.

6. Ağdam

Ağdam rayonunun əhali sayı 202 min 200 nəfərdir. 1930-cu ildə rayon statusu alan Ağdamın ərazisi 1150 kvadratkilometrdir.

7. Sabirabad

Sabirabad rayonunun əhali sayı 181 min 900 nəfərdir. 1930-cu ildə rayon statusu alan Sabirabadın ərazisi 1469 kvadratkilometrdir.

8. Xaçmaz

Xaçmaz rayonunun 178 min 100 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Xaçmazın ərazisi 1045 kvadratkilometrdir.

9. Tovuz

Tovuz rayonunun 175 min 500 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Tovuz 1942 kvadratkilometr əraziyə sahibdir.

10. Quba

Quba rayonunun əhalisi 170 min nəfərdir. 1930-cu ildə rayon statusu alan Qubanın ərazisi 2610 kvadratkilometrdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar