Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədovdan hərbi xidmətlə bağlı yeni QƏRAR

Tarix: 17-04-2026 11:58     Baxış: 4120 A- / A+

Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub:
4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

6 ay ərzində Ədliyyə Nazirliyi bütün hüquqi aktların yeni qanunla uzlaşdırılmasını tam yekunlaşdırıb hökumətə hesabat təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. Sənəd imzalandığı gündən qüvvəyə minib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar