Xəbər lenti
Sosial Xidmətlər Agentliyində yeni - Təyinatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.
Təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar.
E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.
Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib. unikal
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































