Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kommunal xidmətlərin qiymətləri BAHALAŞIR?

Tarix: 15-04-2026 14:56     Baxış: 491 A- / A+
Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil.

"Enerji qiymətlərinin artması dünya üçün problem olsa da, Azərbaycana əksinə üstünlükdür. Çünki ölkə enerji ixracatçısıdır və neft-qaz satışından əlavə valyuta gəlirləri əldə edir. Bu baxımdan, qlobal qiymət artımlarını əsas gətirərək ölkə daxilində kommunal tariflərin bahalaşdırılması doğru yanaşma deyil".

Natiq Cəfərli hesab edir ki, mövcud şəraitdə Azərbaycanda kommunal xidmətlərin qiymətlərinin artırılması üçün iqtisadi zərurət yoxdur:

"Bu, inzibati qərardır və istənilən vaxt belə sərəncam verilə bilər. Amma hazırda enerji qiymətlərinin artması fonunda ölkə daxilində tariflərin yüksəldilməsi üçün əsas görünmür".

Beləliklə, qlobal enerji bazarlarında baş verən bahalaşmalar bir çox ölkələr üçün qaçılmaz nəticələr doğursa da, Azərbaycanın enerji ixracatçısı mövqeyi bu təsirləri minimuma endirir. Lakin son qərarın inzibati xarakter daşıması qiymətlərin gələcək taleyini yenə də açıq sual olaraq saxlayır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar