Xəbər lenti
Qoca Səmədovun oğlundan xəbər var
.jpg)
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərar qəbul edilib.
Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.
Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































