Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı sakinlərinə ŞAD XƏBƏR – Artıq biri Sumqayıtda yaradılır...

Tarix: 14-04-2026 09:48     Baxış: 338 A- / A+
ADSEA-nın sədri Zaur Mikayılovun müsahibəsi müzakirələrə səbəb olub. Belə ki, o, Bakıda içməli suyun 25 faizinin dəniz suyundan təmin ediləcəyini bildirib. Diqqətçəkən məqamlardan biri də budur ki, Xəzər dənizində suyun səviyyəsi getdikcə azalır.
 
Bu mövcud vəziyyətdə hansı paradoksa səbəb ola bilər?
 
Manevr.az bildirir ki, globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun sözlərinə görə, hazırda dünyada dəniz suyundan istifadə geniş yayılıb:
 
“Məsələn, Körfəz ölkələrində yağıntılar çox azdır və içməli su mənbələri məhduddur. Bu səbəbdən həmin ölkələrdə dəniz suyundan istifadə orta hesabla 70-80 faizə çatır. Məsələn, Qətər, Küveyt kimi ölkələrdə göstərici 90 faizə qədər yüksəlir. Bu, kifayət qədər böyük rəqəmdir. Azərbaycan isə aşağı axın ölkəsidir və su ehtiyatları məhduddur. Əhalinin əsas hissəsinin yaşadığı Bakı və Abşeron yarımadasında ənənəvi su mənbələri yoxdur. Bu baxımdan Xəzər dənizinin suyundan istifadə əsas alternativ kimi qiymətləndirilir”.
 
R.Abbasov bildirib ki, Abşeron yarımadasına su Azərbaycanın müxtəlif regionlarından gətirilir:
 
“Bu su Oğuzdan, Kür və Samur çaylarından təmin olunur. Bu mənbələr ənənəvi və etibarlı sayılsa da, müəyyən problemlər yaradır. Məsələn, Oğuzdan götürülən suyun azalması meşələrin qurumasına və yerli əhalinin su çatışmazlığına səbəb olur. Samur-Abşeron kanalı vasitəsilə gətirilən su da bölgədə fermerlərin susuzluq problemi ilə üzləşməsinə gətirib çıxarır. Samur çayı transsərhəd çaydır və Rusiya ilə əlaqəlidir. Bu da onu tam etibarlı mənbə etmir.
 
Kür çayından gətirilən su isə həm uzaq məsafədən daşınır, həm də keyfiyyət baxımından zəif olduğuna görə təmizləmə xərcləri yüksəkdir. Bütün bunları nəzərə aldıqda, dəniz suyunun əhəmiyyəti artır və onun Bakı və Abşeron yarımadasında istifadəsi müəyyən üstünlüklər vəd edir. Ən əsas üstünlük isə suyun uzaq məsafədən daşınmasına ehtiyacın azalmasıdır. Hazırda Sumqayıt ərazisində belə qurğuların tikintisi aparılır”.
 
Xəzər dənizinin səviyyəsinin azalmasına gəlincə, R.Abbasov hesab edir ki, bu, ciddi narahatlıq doğurmamalıdır:
 
“Birincisi, Xəzərin suyu o qədər azalacaq səviyyədə deyil ki, ondan istifadə mümkün olmasın. İkincisi, ölkədə kanalizasiya və çirkab suların idarə olunması sistemi də təkmilləşdirilir. Yəni Xəzərdən götürülən su təmizlənərək yenidən dənizə qaytarılacaq. Təcrübə göstərir ki, istifadə olunan suyun təxminən 90 faizə qədərini təmizləyib yenidən mənbəyə qaytarmaq mümkündür. Buna görə də hesab etmirəm ki, bu, ciddi problem yaradacaq. Artıq Xəzər dənizinə Hövsan aerasiya stansiyası vasitəsilə də böyük həcmdə təmizlənmiş suyun axıdılması nəzərdə tutulur”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar