Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu binalar söküləcək - Qərar verildi

Tarix: 13-04-2026 21:31     Baxış: 349 A- / A+
Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır.

Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, "mordovan” adlandırılan binaların sökülməsi nəzərdə tutulub.

Həmin ikimərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.

Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, "mordovan” yaxud "qamışlıq” kimi tanınan binalar İkinci Dünya müharibədən sonra inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.

Xatırladaq ki, aprelin 5-6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar Keşlə qəsəbəsində bir sıra fəsadlara yol açıb. Qəsəbə ərazisində yerləşən Bakı dairəvi magistral kollektorunda suyun səviyyəsinin kəskin artması və R. Bağırov küçəsindəki magistral xətdə əvvəlcədən yaranmış çökmə nəticəsində drenaj-kanalizasiya sistemində yüklənmə baş verib. Relyef şəraiti ilə əlaqədar suyun səviyyəsi 1.2–1.5 metrə yüksəlib, nəticədə 31 fərdi yaşayış evinə su dolub. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar