Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlərə su verilməyəcək - qərar kimlərə şamil olunur?

Tarix: 13-04-2026 20:56     Baxış: 346 A- / A+
Sənədsiz evlərə su verilməyəcək - qərar kimlərə şamil olunur?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov  sözlərinə görə, 2024-cü ildə Nazirlər Kabinetinin qərarına əsasən, sənədsiz tikililərə yalnız su deyil, həm də qaz və elektrik enerjisinin verilməsi qadağandır və bu tələbin pozulması cinayət məsuliyyəti yaradır.

Maraqlıdır, qeyd olunan məhdudiyyət yalnız bundan sonra inşa ediləcək sənədsiz tikililərə şamil olunacaq, yoxsa artıq mövcud olan və hazırda yaşayış olan sənədsiz evlərə də aid ediləcək?

Qeyd olunan məsələ ilə bağlı hər hansı xüsusi bir mexanizm nəzərdə tutulmayıb. 

"Vətəndaş su təchizatına qoşulmaq üçün evin sənədi ilə birgə müraciət etməlidir. Əvvəldən və ya yeni tikilmiş sənədi olmayan evlər su təchizatına qoşulmaq üçün müraciət etdikdə onlara imtina cavabı gələcək", - deyə məlumatda vurğulanıb. 

Qeyd edək ki, Zaur Mikayılov müsahibəsində bu yanaşmanın əsas məqsədinin qanunsuz tikintilərin qarşısını almaq olduğunu bildirib. Agentlik sədri əlavə edib ki, vətəndaşlar sənədsiz ev tikdikləri halda kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini nəzərə alaraq belə addımlardan çəkinəcəklər.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar