Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

MN-in hərbi hissə rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir

Tarix: 13-04-2026 10:54     Baxış: 345 A- / A+


MN-in hərbi hissə rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar