Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov ev bölgüsü ilə bağlı narazılıqlardan danışdı - “Üzdəniraqlar...”

Tarix: 22-07-2017 15:27     Baxış: 4341 A- / A+
Əli Həsənov ev bölgüsü ilə bağlı narazılıqlardan danışdı -

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən V.Səfərli bildirib ki, müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Onun sözlərinə görə, müsabiqəyə 69 KİV-dən 147 yazı daxil olub.

Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən V.Səfərli ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.

Daha sonra çıxış edən Ə.Həsənov bildirib ki, bu ilki bayram ikiqat əlamətdardır. Ə.Həsənov qeyd edib ki, iki gün öncə medianın dostu, jurnalistlərin əsl qayğıkeşi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürən Prezident İlham Əliyev jurnalistlərlə görüş keçirdi və öz tövsiyyələrini verdi: "Bütün jurnalistlər Prezidentin bu tövsiyyələrini qəbul etdi. Amma neyləyək ki, bunun əksini edənlər də var və onlar da hələki mövcuddurlar. Onlar Azərbaycan mediasına da ləkə gətirirlər, xarici dairələrin antiazərbaycan kampaniyasında iştirak edirlər”.

Ə.Həsənov əlavə edib ki, ikinci əlamətdar hadisə ondan ibarətdir ki, bu il 255 jurnalist ailəsi mənzil sahibi oldu: "Lakin adını jurnalist qoyan üzdəniraq insanlar ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar. Sizlər özünüz onların cavablarını verirsiniz. Ev veriləcəyini anlayaraq onlar öz evlərini özgəninkiləşdiriblər, əmək kitabçalarını saxtalaşdırıblar, hətta bəziləri eyforiyaya qapılıb 12-13 yaşından jurnalistika ilə məşğul olmalarını əmək kitabçalarında qeyd ediblər. Ev bölgüsü ilə məşğul olan komissiya bütün bunları aşkar edib".

Ə.Həsənov əlavə edib ki, jurnalistlər üçün təməli qoyulan binanın 2 il ərzində tikilib istifadəyə verilməsinə çalışılacaq: "Dövlət başçısı üç il ərzində üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar