Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

34 ildir nümunəvi fəaliyyəti ilə seçilən müəllim: "Az qalır ki, qayıq çevrilsin"

Tarix: 11-04-2026 20:53     Baxış: 3159 A- / A+
Zərdab rayonunun Ağabağı kənd sakini, 60 yaşlı Mübariz Rüstəmov artıq 34 ildir ki, hər gün özünə məxsus olan qayıqla Kür çayını keçərək rus dili müəllimi kimi fəaliyyət göstərdiyi İmişli rayonunun Ağamallar kənd orta məktəbinə gedir.

Müəllim bildirir ki, qışda və çayın suyunun artdığı günlərdə keçid daha çətin və təhlükəli olur. Buna baxmayaraq, şagirdlərinin onu gözlədiyini bildiyi üçün heç vaxt dərsdən qalmır.

"Soyuq, qar, daşqın olur, amma məktəbdə məni gözləyirlər. Ona görə hər gün yoluma davam edirəm. Bəlkə də yeganə müəlliməm ki, qayıqla məktəbə gedirəm", - deyə o qeyd edib.

Mübariz Rüstəmov gənc müəllimlərə də çağırış edərək çətinliklərdən qorxmamağı, müəllim peşəsini sevərək seçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şagirdlərin sevgisi bu peşənin ən böyük mükafatıdır. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar