Xəbər lenti
“Çıx tüstünün içindən, Seyran Səxavət” — Emil Rasimoğlu yazır...

şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bu günlərdə 80 yaşını qeyd edən Seyran Səxavət həzrətləri ömrün bu çağında (hansı ki, heç bir çağında qəbuledilən deyil!), ilin-günün bu vaxtında Tanrının gicgahına güllə sıxa-sıxa müsahibəsinin bir hissəsində (diktator prinsipləri ilə illərdi ki, AYB-ni öz “əsarətində” saxladığına görə) Anarı tənqid edən şəxsləri “yarımadam” adlandırdıqdan sonra (elə bu da “Seyran Səxavət fiaskosu”nda 80 rəqəminin bir ayrı intiharıdır!), az keçməmiş, həmin müsahibənin digər hissəsində Əkrəm Əylislidən söz düşərkən obrazlı və bir az da kinayə şəklində qayıdır Kİ,
“Mən iki Əkrəm tanıyıram: “Daş yuxular”a qədərki Əkrəm və “Daş yuxular”dan sonrakı Əkrəm.”
Necə deyərlər, 80 yaşlı bir yazıçının, əliqələmlinin, ədəbiyyat, sənət adına çıxış edən şəxsin yanaşma tərzinə, düşüncə manerasına, nitqindəki uçuruma, bataqlığa, kol-kosa, gün-güzərana baxın...
Qoy elə fikirlərimin bu yerində 80 illik ömrün üstünə Allahın qanını tökən həmin Seyran Səxavət həzrətlərinin məlumu olsun ki, Əkrəm elə həmin Əkrəmdi, sadəcə (onun) yandırılan kitablarının tüstüsündən uzaqlaşmaq kifayət edər ki, o həmin Əkrəmi iki görməyəsən!..
Adama deməzlərmi, çıx tüstünün içindən, ay gözəlim məmləkətin Seyran Səxavəti, çıxart əynindən Zahid Orucun (İctimai Tv-dəki) boz rəngli “ritorika pencəyi”ni!
... ““Daş yuxular”dan əvvəl, “Daş yuxular”dan sonra” tipli frazalara gəldikdə isə o frazalar kütləvilikdən, kütlə cəbhəsində dayanmaqdan (kütləvi olmaqdan) başqa heç nəyi əks etdirmir!
... Və elə sözümün bu vədəsində bir müddət öncə yazdığım bu YAZI həm fikirlərimin yekunu, həm də bəyaqdan dönə-dönə adını çəkdiyim Seyran Səxavət həzrətlərinə bir cavab olsun:
*
O, yazıçı olaraq sözün, fikrin sərhədsizliyində yaşamağı sevən Əkrəmdir. Onu deyirəm — Əkrəm Əylislini...
Son on beş ildə ona qarşı olmazın haqsızlıqları edildi bu məmləkətdə. Hələ digər edilənlər bir yana, BİR YAZIÇININ Kİ, (həm də Əkrəm kimi bir yazıçının!) gözlərinin qarşısında od vurub kitablarını yandıralar...
Təbii ki, SƏNƏT, SƏNƏTKAR taleyi kütləyə (kütlə təfəkkürlü şəxslərə!) TAPŞIRILANDA, onların ixtiyarına VERİLƏNDƏ(!) kitab vərəqlənmədən YANDIRILAR, əsər oxunmadan “MÜZAKİRƏ” OLUNAR, sənətkar dərk edilmədən “DƏYƏRLƏNDİRİLƏR”...
... Bir dəfə də yazmışdım, Əkrəm Əylisli kifayət qədər nə yazdığının, nə yaratdığının fərqində olan İmzadı!
Onun məlum “Daş yuxular” əsərində də olduqca ciddi nüanslar var. O nüanslar ki, əsərin İDEYAsının tərkib hissəsini təşkil edir. Belə ki, düşmənçiliyin yox edilməsinin, bitməsinin mahiyyəti, fəlsəfəsi, (necə deyərlər, hələ at belindən üzübəri gələn) qarşılıqlı nifrətin sonu... o əsərin əsas ideyasının ÜMUMBƏŞƏRİ MƏĞZidir. Yazıçı cəsarəti də məhz həmin ideyaya xidmət edir.
... Nefti tərəzi ilə ölçənin (ölçmək istəyənin, “ölçmək marağı”nda olanın!) SUÇU neftdə deyil... ola da bilməz!
MƏHZ BU BAXIMDAN DA(!) bir daha deyim ki, bir əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... VƏ YA hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən SONRA, əsərlə bağlı yanlış qənaətə gəlinirsə (hansı ki, bu zaman həmin yanlış nəticəyə gəlinməsi də təbiidir!), o artıq bir sənətkarın, yazıçının problemi deyil...
Elə ona görə də (ay gözəlim məmləkətin Əkrəm qarşısındakı hər bir əlidaşlısı!) SƏN ilk öncə SƏNƏT... YAZIÇI MİSSİYASI anlayışlarının doğru – dürüst şəkildə QATLARına enməlisən. Bu azmış kimi (əgər hər hansısa bir əsərdən danışmaq istəyirsənsə!) o QATLARdan (yalnız həmin o QATLARdan!) çıxış etməyi bacarmalısan. YOXSA Kİ, fikirlərin ya PAFOSun, ya da “MARAQLAR”ın eləcə ifadəsi olacaqdır...
... İndi gəlib ilin - günün bu çağında Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını belə çəkməkdən qorxmaq!) sadəcə kortəbiilikdən, sənətin, YAZIÇI MİSSİYASInın, YAZIÇI AZADLIĞInın fərqinə varmamaqdan, vara bilməməkdən... başqa heç nə deyil!
... Bitməlidi “Əkrəm xofu”, yaradılmış “vahiməli Əkrəm mifi”nin “erası”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























